Məhərrəm Novruzov yayılan ittihamlara cavab verdi:

Azərbaycanlı iş adamı Hacı Məhərrəm Novruzova qarşı mediada yayılan ittihamların heç biri həqiqəti əks etdirmir. Dəqiqləşdirilmədən, yalnız bir tərəfin mövqeyindən ibarət bu yazılar Məhərrəm Novruzovun nüfuzuna xələl gətirmək məqsədi daşıyır.

Metbuat.az yayılan bu informasiyalara tam şəkildə aydınlıq gətirmək üçün sözügedən iş adamı ilə görüşüb. Söhbət zamanı Məhərrəm Novruzov qeyd etdi ki, Ukrayna vətəndaşı olan azərbaycanlı Nazim Qəzənfərovun Hacı Məhərrəm Novruzova qarşı mediada yaydığı informasiyaların heç birinin əsası yoxdur. Əksinə, Nazim Qəzənfərov Məhərrəm Novruzova müxtəlif vaxtlarda külli miqdarda ziyan vurub, ondan aldığı vəsait hesabına Ukraynanın Lvov şəhərində saxta sənədlərlə bina tikdirib. Lakin bina qanunsuz yolla tikildiyi üçün Lvov şəhər meri tərəfindən binaya sökülmə əmri verilib. Bütün bunların nəticədəsində Novruzova külli miqdarda maddi zərər dəyib.

Novruzov bildirdi ki, mediada yayılan Nazim Qəzənfərovun qardaşı Qəzənfər Qəzənfərova qarşı təziqlərin göstərilməsi, hətta onun ölüm ilə hədələnməsi ilə bağlı məlumatlar da yalandır. Novruzov məsələ ilə bağlı sadəcə məhkəməyə müraciət edib. Məhərrəm Novruzov nə Nazim Qəzənfərov, nə də onun qohumlarına heç bir təziq göstərməyib. Əksinə, hazırda Qəzənfərovun quhumları Məhərrəm Novruzovun şirkətlərində çalışır.

Qeyd etdiyimiz kimi, mediada bu tipli informasiyaların yayılması iş adamı Məhərrəm Novruzovun nüfuzuna xələl gətirmək, cəmiyyətdə ona qarşı neqativ fikirlər formalaşdırmaq məqsədi daşıyır. Görüş zamanı bildirildi ki, cəmiyyətdə hər kəs onu xeyirxah biri kimi tanıyır. O, dəfələrlə insanlara əl tutub, imkansız ailələrin övladlarının oxumasına köməklik edib. Məhərrəm Novruzov vətəninin övladları üçün çox işlər görüb. Şabranda idman akademiyasının filalı, idmançılar üçün otel, biri 5000, o biriləri 3000, 15000 nəfərlik olan 3 idman meydançası tikdirərək vətəndaşlara hədiyyə edib. Habelə, park saldırıb, məktəb tikdirib. Belə, saysız-hesabsız xeyriyyə işləri görüb.

Əlavə edildi ki, Hacı Məhərrəm Novruzov "Əlincə" idman klubunun, "Əlincə" futbol komandasının, 2014-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının açılışını həyata keçirtdiyi 15000 yerlik "Əlincə Arena" stadionunun və təsislərinin, Şabran rayonunda "Əlincə" futbol klubunun təlim məşq zonasının yaradılmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verib. İş adamı bütün bunları öz hesabına, heç bir qarşılğı olmadan, sırf Azərbaycan idmanının inkişafı naminə vətəndaşlarımız üçün edib. O, bu kimi yüzlərlə xeyriyyə əməllərini hazırda da davam etdirir.

Şirkət onun adını ləkələyən, imicinə xələl gətirən, cəmiyyətdə ona qarşı neqativ fikirlər formalaşdıran şəxslərin cəzalandırılması, haqq-ədalətin yerini tapması istiqamətində hüquq-mühafizə orqanlarına səslənir. Mediada yayılan bu cür informasiyalara qarşı nəzarətin artırılmasını tələb edir.

Bildirək ki, Hacı Məhərrəm Novruzov "Bağçalı Evlər MTK şirkətinin rəhbəridir. "Bağçalı Evlər MTK" 2006-cı ildən Azərbaycanda irimiqyaslı layihələrə sərmayə yatırır. Şirkət tərəfindən ərsəyə gətirilən “Qurtuluş-93” Yaşayış Kompleksi Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı şosesinin qərbində, İstiqlaliyyət küçəsində yerləşir. Bununla yanaşı "Şən yuva" uşaq əyləncə mərkəzi, "Qurtuluş 93" parkı, "Qurtuluş 93" hazırlıq kursları, "Masazır Qastrontoloji" klinika, "Yeni Saray" şadlıq sarayı, "New City" hotel, supermarketlər, ailəvi restoranlar, türk hamamı, idman zalları, üzgüçülük hovuzu, oxu zalı, ailəvi istirahət güşəsi, ərzaq və müxtəlif növ mağazalar sakinlərin ixtiyarına verilib. Hazırda "Bağçalı Evlər MTK" tərəfindən tikilən və 2017-ci ilin sentyabr ayında istifadəyə veriləcək 2000 yerlik tam orta məktəbdə son hazırlıq işləri gedir.

Hacı Məhərrəm Novruzov tərəfindən təsis edilərək şəhərimizin sakinlərinin xidmətinə verilən olan "MY BEACH" hotel və restoran kompleksi Xəzərin sahilində klassik və modern üslubda dizayn olunmus incənət nümunəsidir.

Metbuat.az sözgedən istirahət mərkəzindən fotoları təqdim edir.

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR