"Təmiz Şəhər" ASC birincidir

"Təmiz Şəhər" ASC birincidir
14:43 5 İyun 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mini-futbol çempionatına yekun vurulub.

İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb. Mayın 13-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi qurumlarının 14 komandası iştirak edib.

İyunun 3-də keçirilən final görüşündə “Təmiz Şəhər” ASC və "Azərlotereya" ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Təmiz Şəhər” ASC-nin komandası qalib gəlib.

Çempionatda ilk dörd yeri tutan komandalara və ayrı-ayrı nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə - “Təmiz Şəhər” ASC-nin komandasına kubok və pul mükafatı təqdim edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin qurumları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və Milli Qurtuluş Gününə həsr olunan mini-futbol turniri 2009-cu ildən etibarən ənənəvi olaraq hər il təşkil olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2762869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR