Ötən həftə Tacikistanda Rusiya ilə birgə antiterror təlimləri zamanı ilk dəfə "İsgəndər" operativ-taktiki raketlərinin xaricdə döyüş atışı həyata keçirilib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Düşənbə-antiterror" adlı təlimlərdə Rusiya və Tacikistan silahlı qüvvələrinin bölmələri o cümlədən "İsgəndər-M" operativ-taktiki raketlərindən, reaktiv yaylım atəşi sistemlərində, artilleriya və xüsusi təyinatlılardan istifadə etməklə şərti terrorçuların hücumunu dəf edərək onların nəzarəti altında olan əraziləri azad etməyi sınaqdan keçiriblər. Təlimlərdə "İsgəndər-M" raketlərindən şərti hədəflərə döyüş atışları həyata keçirilib. RT telekanalı həmin təlimlərdən kadrları yayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində