Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşdu - Xəsarət alanlar var
15:12 5 İyun 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Tofaş" markalı, 10-CD-426 dövlət nömrə nişanlı və "Toyota-Avalon" markalı, 50-DS-002 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib,  "Tofaş" markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR