“Petkim”in bazar dəyəri açıqlanıb

“Petkim”in bazar dəyəri açıqlanıb
15:22 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bu ilin aprel ayına əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim”in bazar dəyəri 2,1 mlrd. ABŞ dolları təşkil edib.
“Report”un “SOCAR Turkey Enerji” şirkətinə istinadən xəbər verir ki, özəlləşdirmə sonrası türk lirəsi ifadəsində "Petkim"in bazar dəyəri 420% artıb: “Petkim”ə hər il 100-150 mln. dollar həcmində investisiya qoyulur. “Petkim”ə satınalmadan sonra qoyulan investisiyaların həcmi 730 mln. dollar təşkil edir. “Petkim”də 60 müxtəlif növdə məhsul istehsal edilir. Bu məhsullar Türkiyədə 6 min kiçik və orta sahibkarlar tərəfindən alınır və yeni məhsul istehsalı üçün istifadə edilir. “Petkim”in məhsulları 50-dən çox ölkəyə ixrac edilir”.
Qeyd olunub ki, “Petkim” birbaşa 2 500, dolayısı ilə isə 150 min nəfərə məşğulluq təmin edir.
Qeyd edək ki, SOCAR 2008-ci ildə Türkiyənin Özəlləşdirmə İdarəsindən “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/petkim-in-bazar-deyeri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR