Ümman "Tiryakinim"i oxuyan türkiyəli müğənni ilə bir arada

Ümman "Tiryakinim"i oxuyan türkiyəli müğənni ilə bir arada
10:59 8 Yanvar 2015
332 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Ümman Türkiyənin tanınmış sənətçisi Sezi Çeşitli ilə oxuduğu  “Yalnız kaldık” adlı duetini təqdim edib. Lent.az-ın məlumatına görə, bəstənin sözləri türkiyəli şairə Aişə Birgül Yılmaza, musiqisi isə Azər Nəsibova məxsusdur. Sözügedən duetin ideyası mahnının müəlliflərinə aiddir və tanınmış prodüser-rejissor Rəhman Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

Mahnının aranjemanı Yaşar Baxış və Elvin Musayevə məxsusdur. Bəzi canlı alətlər İstanbulda türk musiqiçiləri tərəfindən müşayiət olunub. Səs rejissoru Elçin Əhmədovdur.

Xatırladaq ki, mahnı yaxın günlərdə yerli radiolarımızda da səslənəcək. Bununla yanaşı, mahnıya klip də çəkiləcək. Klip çəkilişləri isə Türkiyənin İzmir şəhərində aparılacaq. Klipin rejissorluğunu Rəhman Əliyev, operator işini isə Səid həyata keçirəcək.

Qeyd edək ki, Sezi Çeşitli Türkiyədə bir vaxtlar məşhur olan “Tual” qrupunun solisti olub. Sənətçi “Tiryakinim”, “Kasım”, “Kadınım”, “Ayrılık” kimi tanınan mahnıların ifaçısı kimi Azərbaycanda da çox məşhurdur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR