“Bank Respublika” sahibkarlara əmək haqqı layihələrinə qoşulmağı təklif edir

“Bank Respublika” sahibkarlara əmək haqqı layihələrinə qoşulmağı təklif edir
16:17 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ “Bank Respublika” ASC, müəssisə və təşkilatlara sərfəli şərtlərlə əmək haqqı layihələrinə qoşulmağı təklif edir.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, yeni şərtlərə əsasən, banka müraciət edən sahibkarlar əmək haqqı layihələrində bir sıra güzəşt və üstünlüklər əldə edə biləcəklər.
Belə ki, iş adamlarına 5 il müddətinə, pulsuz olmaqla, xidmət haqqı tutulmadan yüksək təhlükəsizlik dərəcəsinə malik çiplə təchiz olunmuş “MasterCard Standard” kartları təklif olunur. Kartlardakı vəsaiti “Bank Respublika”nın geniş bankomat şəbəkəsində faizsiz nağdlaşdırmaq mümkündür. Nağdlaşdırma əməliytatını “Rabitəbank” ASC-nin bankomat şəbəkəsində fə 0% komissiya ilə etmək olar.
Bundan başqa, əmək haqqı kartları istifadəçiləri üçün güzəştli şərtlərlə istehlak kreditlərinin verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, “Bank Respublika”nın bütün kartıları (əmək haqqı kartları daxil olmaqla) avtomatik qaydada “PayKart” bonus sisteminə qoşulur. Odur ki, kartla partnyor şəbəkəsində nağdsız alış etdikdə, sistemin partnyorundan asılı olaraq – hər ödənişdə məbləğin 25%-i bonus şəklində “Pay” verilir.
Beləliklə, müəssisə rəhbərləri “Bank Respublika”nın əmək haqqı layihəsinə qoşularkən, güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və əlavə resurslar cəlb etməkdən azad olurlar. Layihədən yararlanmaq üçün Bankın istənilən ofisinə müraciət etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-respublika-sahibkarlara-emek-haqqi-layihelerine-qosulmagi-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR