"Qalatasaray" Arda Turan üçün "Barselona"ya rəsmi təklif göndərib. Fanat.Az xəbər verir ki, bu barədə "NTV Spor"un şərhçisi Güntekin Onay açıqlama verib.
Aparıcının sözlərinə görə, "Qalatasaray" Arda Turanı icarəyə götürmək üçün qarşı tərəfə müraciət edib. "Qalatasaray" Ardanı icarəyə götürmək istəyir. Problem futbolunun maaşıdı. Arda yüksək məbləğdə maaş alır. "Qalatasaray"ın bu məbləği ödəyib-ödəyə bilməyəcəyini bilmirəm" deyə Güntekin Onay qeyd edib.
Fanat.Az