Diplomatik gərginlik Qətəri “batırdı”

Diplomatik gərginlik Qətəri “batırdı”
16:38 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Qətərlə 6 ərəb ölkəsi arasında yaşanan “diplomatik böhran” krallığın iqtisadiyyatına ciddi zərbə vurub.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “El Arabiya” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin rəsmi Doha ilə diplomatik münasibətləri dayandırması, Qətər iqtisadiyyatını sarsıdıb.

Səudiyyə mütəxəssisləri bildirib ki, yaşanan “diplomatik böhran” bu gün səhər saatlarında Qətər birjasında 7,6 faiz itkiyə səbəb olub.

İtkinin əsas səbəbi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin Qətərlə bütün ticarət əlaqələrini kəsməsi ilə bağlıdır.

Ərəb iqtisadçılar hesab edir ki, yaşanan “diplomatik böhran” Qətər iqtisadiyyatını çökdürə bilər:

“Çünki Qətərə nəzərdə tutulan bir çox beynəlxalq hava reysləri də təxirə salınıb. Bu gedişlə Qətərin futbol üzrə 2020-ci ilin dünya çempionatına da ev sahibliyi etməsi şübhə yaradır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/201420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR