Diplomatik gərginliyin neft qiymətlərinə təsiri olacaq? - AÇIQLAMA

Diplomatik gərginliyin neft qiymətlərinə təsiri olacaq? - AÇIQLAMA
16:42 5 İyun 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

"Qətər ətrafında diplomatik gərginlik neft qiymətlərinə böyük təsir göstərməyəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyanın "Capital Economics" konsaltinq şirkətinin iqtisadçısı Tomas Pyu deyib.

Onun sözlərinə görə, Qətər iri neft istehsalçılarından deyil. Qətər sutkada 0,6 milyon barrel neft istehsal edir. "Amma ölkə dünyada ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ona görə, bu gərginlik qaz bazarına təsir göstərə bilər. Əgər Fars körfəzinin digər ölkələri Qətər tankerlərinin körfəzdən çıxışının qarşısını alsalar, Qətərdən qaz tədarükü dayandırıla bilər".

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR