Qazaxıstan uçot dərəcəsini azaldıb

Qazaxıstan uçot dərəcəsini azaldıb
16:42 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Qazaxıstan Mərkəzi Bankı bu gün, iyunun 5-də keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi endirərək 10,5% həddində təsdiqləyib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Qazaxıstan Mərkəzi Bankı tərəfindən yayılıb.
Bankdan verilən məlumatda həmçinin deyilir ki, ölkə iqtisadiyyatının sürətli bərpası və artan məcmu tələb fonunda inflyasiya riskləri o qədər də yüksək deyil: "Neft qiymətləri 50 dollar/barel səviyyəsində qalacağı təqdirdə iqtisadiyyatın baza ssenarisinin həyata keçirilməsi yaxın 12 aylıq perspektivdə uçot dərəcəsinin azaldılmasını istisna etmir". 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/qazaxistan-ucot-derecesini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR