Müxalif yönümlü jurnalistləri Gürcüstanda kim himayə edir?

Tanınmış jurnalist Əfqan Muxtarlı da bir neçə gün öncə dövlət sərhədini qanunsuz keçərkən həbs edilib.

Jurnalistin vəkili Elçin Sadıqov Əfqan Muxtarlının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılması və sərhədi qanunsuz olaraq keçmək və qaçaqmalçılıqda ittiham edilməsi haqda jurnalistlərə açıqlama vermişdi. Onun sözlərinə görə, Əfqan Muxtarlı iddiaları rədd edərək, həbsinin səbəbi kimi "Facebook"-da tənqidi statusları və yazıları göstərib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Metbuat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa ölkə hüdudlarından kənarda saxlanılan jurnalistlərlə bağlı məsələyə aydınlıq gətirib:

“Azərbaycan hüdudlarında özlərinin üslubunu həyata keçirmək istəmirlər. Üslublarını etik qaydaları həddən artıq aşan, müəyyən dərəcədə cəmiyyətin ümumi dəyərlərinə uyğun gəlməyən formada həyata keçirməyə çalışırlar. Jurnalist ölkədə müxalif fikirli də ola bilər. Çox normal şəkildə tənqidini də həyata keçirə bilər. Fikirlərini də cilalanmış şəkildə bildirə bilər. Və burada da effekti olar. Amma gedib xarici ölkələrdə, sosial şəbəkələrdə, hansı ki, təhqiredici mesajlar yazmağa, qəhrəmanlıq obrazı nümayiş etdirməyə çalışanlar var. Bunu biz də müşahidə edirik. Hər halda, jurnalist müxalif olsa da, ölkə daxilində qanunlar çərçivəsində fikirlərini həyata keçirib, cəmiyyətə çatdırsa, daha düzgün olar. Gürcüstanda onları himayə edən qurumlar olmasa, ora o qədər adam yığışmaz”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR