"Müsəlman qardaşları" Qətər üçün baş ağrısıdır

"Müsəlman qardaşları" Qətər üçün baş ağrısıdır
16:55 5 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Böyük ambisiyaları olan kiçik ölkə - Qətər uzun illər boyunca ərəb dünyasındakı münaqişələrin həllində vasitəçi kimi çıxış edib. Qətər Qərbi Saxara, Yəmən, Efiopiya, Sudan, Livan və digər ölkələrdə münaqişələrin həllində vasitəçilik edib.

Bu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Yəmən və Liviya Qətərlə diplomatik münasibətləri dayandırdığını elan etdi. Bu ölkələr qərarı Dohanın terrorçuluğa, eləcə də Yəməndə husi hərəkatına dəstək verən İranı dəstəkləməsi ilə izah edib.

Qeyd edək ki, bu cür addım 2014-cü ildə də atılmışdı. O zaman Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn Qətərlə diplomatik münasibətləri dayandırmışdı.

Amma indiki qərarın digər səbəbi də mövcuddur. Bu, Qətərin “Müsəlman qardaşları” təşkilatına göstərdiyi loyal münasibətdir. Qeyd edək ki, bu təşkilatın adı yuxarıdakı ərəb ölkələrində terror təşkilatları sırasına daxil edilib.

Səudiyyə Ərəbistanı bu təşkilatı daxili siyasətdə ciddi rəqib kimi görə bilər. Bu ölkədə daxili siyasət alternativ olmadığı üçün “Müsəlman qardaşları”nın siyası fəallığı ölkədə narahatlığa və ciddi siyasi proseslərə gətirib çıxara bilər.

Bununla da şübhə yaranmır ki, ərəb ölkələri məhəz bu təşkilata görə Qətərlə diplomatik münasibətləri dayandırıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/commentary/2762874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR