Həbsdə olan məşhur müğənni azadlığa çıxdı - FOTOLAR

Həbsdə olan məşhur müğənni azadlığa çıxdı - FOTOLAR
17:24 5 İyun 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin həbsdə olan tanınmış müğənnisi Deniz Seki azadlığa çıxıb. Lent.az-ın Haberturk.com-a istinadən verdiyi məlumata görə, azadlığa çıxan məşhur ifaçı təəssüratlarını bölüşüb: “Mən sizlər üçün çox darıxmışdım. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən məni burada gözləyirsiniz, çox təşəkkür edirəm. Ayaqlarınız yorulmasın”.

 

İfaçı onu da əlavə edib ki, 2 gün sonra media nümayəndələri ilə görüş keçirəcək.

 

Qeyd edək ki, D.Səki narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib. O, 2,5 ildir, məhkumluq həyatı yaşayırdı. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR