Metro bu vaxtlarda saat 2-yə kimi işləyəcək

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ilə bağlı Bakı metrosunun 3 stansiyasının iş qrafikində dəyişiklik ediləcək.

Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Bakı Şəhərə Həlqəsi "Bakı Metropiliteni" QSC-yə tədbirlərdə iştirak edəcək tamaşaçıların rahat daşınması üçün metronun iş saatının uzadılmasını xahiş edib: "23-25 iyun tarixlərində keçiriləcək tədbirlərlə əlaqədar metronun "28 May", "Sahil", "İçərişəhər" metro stansiyaları iş rejimi artırılacaq, tədbirlərin keçirilməsi ilə əlaqədar zərurət yaranarsa bütün sərnişinlərin daşınması təmin olunacaq". //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR