Ulyanovsk vilayətinin qubernatoru: "Azərbaycanlı həmkarlarımızın təcrübəsini öyrənməyə hazırlaşırıq"

Ulyanovsk vilayətinin qubernatoru: "Azərbaycanlı həmkarlarımızın təcrübəsini öyrənməyə hazırlaşırıq"
17:47 5 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son illərdə Azərbaycan turizm baxımından irəliyə doğru böyük sıçrayış edib"
"Ulyanovsk və Bakı arasında birbaşa aviareyslərin açılması üzrə danışıqlar gedir"
"Komandamla birlikdə sentyabrın ikinci yarısında Bakıya işgüzar səfər etməyə hazırlaşıram"
Sankt-Peterburq. 5 iyun. REPORT.AZ/ Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun "Report" agentliyinə eksklüziv müsahibəsi:
- Sergey İvanoviç, Ulyanovsk vilayəti Azərbaycanla fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq nəyə əsaslanır və onun perspektivləri necədir?
- Azərbaycanla əməkdaşlıq beynəlxalq fəaliyyətimizdə prioritet məsələdir. Ulyanovsk vilayəti və Azərbaycan arasında iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Azərbaycan ilə əməkdaşlığımızın mühüm istiqaməti kiçik və orta biznesdə birgə işdir. Bizim şirkətlər artıq Azərbaycana gedib, onların azərbaycanlı həmkarları da Ulyanovskda rahat biznes atmosferi olduğunu anlayaraq yavaş-yavaş bura gəlməyə meyil göstərirlər. Bu gün azərbaycanlı iş adamları tərəfindən ard-arda restoran və kiçik hotellərin açıddığını görürük. Məncə, bu, hələ başlanğıcdır. Bu, bizi sevindirir və hesab edirik ki, əməkdaşlığımızn böyük perspektivi var.
- Bəs turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri necədir?
- Qarşılıqlı əməkdaşlığımızın əsas məqamlardan biri turizmin inkişaf etdirilməsi və hava əlaqələrinin gücləndirilməsidir. İndi üçün bu, vacibdir. Bu gün çox sayda rusiyalı istirahət məkanı kimi Azərbaycanı seçir. Çünki sizdə insanların müalicə ala biləcəyi müalicəvi-rekreativ kurortlar var. Bundan əlavə, rusiyalıları tanışlıq mqəsədli turizm maraqlıdır: onlar üçün ölkədə sakitlik, gözəl yerlərin olması, rus dilində sərbəst ünsiyyət qurmaq imkanı əhəmiyyətlidir.
Son illərdə Azərbaycan turizm baxımından irəliyə doğru böyük sıçrayış edib: çox sayda rahat hotellər inşa olunub, ekskursiya proqramları hazırlanıb. Biznes tərəfdən daim davamlı əməkdaşlıq qurmaq üçün təkliflər eşidilir. Bu, aeroportumuzu qısa müddətdə qaydaya salıb Azərbaycanla aviasiya əlaqələri qurmağımıza təkan oldu. Yayın sonlarında Ulyanovsk hava limanı əsaslı təmirdən sonra istismara veriləcək. Bundan sonra Bakı ilə birbaşa hava əlaqəsi qurulacaq: bununla bağlı artıq fəal danışıqlar gedir və bu məsələ il ərzində həll olunacaq.
- Ulyanovsk vilayətini gələcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas yükvuranlarından biri adlandırırlar. Vilayət Azərbaycana və Cənubi Asiya ölkələrinə nə təklif edə bilər?
- Bildiyiniz kimi, Ulyanovsk vilayəti Rusiyanın maşınqayırma sənayesinin liderlərindən biridir. UAZ və "İl" kimi dünya şöhrətli markarı istehsal edirik. Asiyalı tərəfdaşlar sənayemizin vacib sahələrində maraqlıdırlar və "Şimal-Cənub" layihəsi vilayətin sənayesinin inkişafına yeni təkan verəcək.
Konkret olaraq, "Şimal-Cənub" layihəsinə gəlincə, hazırda danışıqlar mərhələsindəyik. Dəzgah tikintiis, aviatikinti və avtomobilqayırma sahələrində çoxsaylı sifarişləri müəyyən etməliyik. Biz bu sahələrdə həmçinin Azərbaycan hökuməti üçün də kifayət qədər yaxşı təkliflər veririk.
- Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində innovasiya texnologiyaları haqqında çox danışıldı, o cümlədən Rusiya Prezident Vladimir Putin bu barədə danışdı...
- Bu sahədə Azərbaycan inamla irəliləyir və biz azərbaycanlı həmkarlarımızın təcrübəsini öyrənməyə hazırlaşırıq. Bu il artıq "Ağıllı Region" layihəsinə görə məsuliyyət daşıyan işçilərimizi Bakıya göndərmişik. Onlar əhaliyə unikal çoxfunksiyalı xidmət mərkəzi olan "ASAN xidmət"in işini diqqətlə öyrəniblər. Bizə bu mərkəzin bütün xüsusiyyətləri nümayiş etdirilib, bakılı həmkarlarımızdan bəzi maraqlı sənədləri əldə etmişik və hazırda vilayət qanunvericiliyinə düzəlişlər üzərində işləyirik.
Komandamla birlikdə Bakıya işgüzar səfər etməyə hazırlaşıram. Bir çox məsələləri, o cümlədən elmi-texniki tərəqqinin son nailiyyətləri əsasında inşa edilən "ağıllı iqtisadiyyat"ın yaradılması və inkişafını müzakirə edəcəyik. Səfər sentyabrın ikinci yarısına nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ulyanovsk-vilayetinin-qubernatoru-azerbaycanli-hemkarlarimizin-tecrubesini-oyrenmeye-hazirlasiriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR