Rusiya Maliyyə Nazirliyi valyuta alışını 5 dəfə artırır

Rusiya Maliyyə Nazirliyi valyuta alışını 5 dəfə artırır
18:02 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyi iyunun 7-dən iyulun 6-dək valyuta bazarından gündəlik 2,1 mlrd. rubl (36,7 mln. dollar) nağd valyuta alışı həyata keçirəcəyini açıqlayıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, may ayında Nazirliyin valyuta alışı 0,4 mlrd. rubl (7 mln. dollar) olub.
"Reuters" agentliyinin sorğusu alış intervensiyasının 3 mlrd. rubl (53 mln. dollar) olacağını göstərib. Qeyd edək ki, ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin 2017-ci ildə valyuta intervensiyasının toplam 13 mlrd. dollara yaxın olacağını bildirib. 
Xatırladaq ki, alış intervensiyasına səbəb rublun həddindən artıq möhkəmlənməsi amili olub. Belə ki, 2016-cı il yanvarın 21-də 86 RUB/USD olan məzənnə hazırda 34%-ə yaxın azalaraq 57 RUB/USD-yə enib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-maliyye-nazirliyi-valyuta-alisini-5-defe-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR