Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
18:05 5 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, həmvətənlərinizə firavanlıq arzulayıram.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

XXX

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycanın bütün vətəndaşlarını Respublika Günü münasibətilə Rusiya Federasiyası Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan təbrik edirəm.

Biz Azərbaycanın dövlət quruculuğu və sosial-iqtisadi inkişaf sahələrində qazandığı uğurlara, beynəlxalq aləmdə nailiyyətlərinə görə qardaşcasına sevinirik, gözəl ölkənizin tərəqqisi yolunda Sizə yeni böyük zəfərlər arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidvar olduğumu bildirirəm. Əminəm ki, Tatarıstan Respublikasının və Azərbaycan Respublikasının səmərəli qarşılıqlı fəaliyyəti xalqlarımızı zənginləşdirəcək, Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığında yeni üfüqlər açacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR