“Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” qeyd edilib

“Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” qeyd edilib
18:42 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin təşkılatçılığı ilə “Eko-park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin şagirdləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri və idarənin əməkdaşları iştirak ediblər. Təhlükəsizlik təlimatı ilə tanışlıqından sonra məktəblilər “Sağlam ətraf mühit naminə” mövzusunda təqdimatla ilə çıxış ediblər. Tədbir ekoloji yönümlü şeir və mahnılar, “Sağlam ətraf mühit naminə” adlı rəsm sərgisi ilə davam etdirilib. Sonra Eko-parka ekskursiya təşkil olunub.
Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/umumdunya-etraf-muhitin-muhafizesi-gunu-qeyd-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR