Azərbaycanda son 10 ildə suvarılmış torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb

Azərbaycanda son 10 ildə suvarılmış torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb
18:47 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycanda son 10 ildə suvarılmış torpaqların şoranlaşmış sahələri iki dəfə azalıb. Bu, düzgün suvarma, aqro-texniki tədbirlər nəticəsində baş verib." 
"Report"un xəbərinə görə, bunu "Melorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. 
O deyib ki, Azərbaycanda torpaqlarda əvvəldən şoranlaşma gedib, lakin bu həmin torpaqların istismara yararsız olduğu demək deyil: "Cəmiyyət bütün zəruri tədbirlərini bu istiqamətdə davam etdirir".
Ə.Əhmədzadə əlavə edib ki, hazırda Azərbaycanda anbarlarda 16 mlrd. kubmetr su ehtiyatı var: "Bütün kanal və kollektorlarda hazırlıq işləri görülür. Bu il 135 min ha sahədə pambıq səpilib. Bütün bu cür sahələr yeni olduğu üçün su təchizatı ilə tam təmin etməyə çalışırıq. Azərbaycanda kənd təsərrüfatının bir sıra sahələrinin inkişafı üçün yaxın vaxtlarda daha geniş proqramların həyata keçirilməsi nəzərdə tutulub."

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-son-10-ilde-suvarilmis-torpaqlarin-soranlasmis-saheleri-iki-defe-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR