İƏT-dən Qətərə ÇAĞIRIŞ

İƏT-dən Qətərə ÇAĞIRIŞ
19:12 5 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Qətəri Körfəz Ölkələri Əməkdaşlıq Şurası qarşısındakı öhdəlikləri icra etməyə çağırıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İƏT-dən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Qətərin Şura qarşısındakı öhədlikləri bütün ekstremist təşkilatlara dəstəyin dayandırılmasını nəzərdə tutur.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR