Almaniya İncirlikdən çıxır?

Almaniya İncirlikdən çıxır?
19:37 5 İyun 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Türkiyənin İncirlik aviabazasından çıxır.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Reuters" xəbər agentliyi bu gün Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin "İncirlikdən çıxırıq" açıqlamasını paylaşıb. Lakin məsələ ilə bağlı Almaniyadan hələ rəsmi açıqlama gəlməyib.

Bu gün Z.Qabriel ilə birgə mətbuata bəyanatlarla çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib: "Bu andan etibarən İncirlik hərbi bazası deyil, Konyadakı NATO bazasına getmək mümkündür".

Almaniya mediası Z.Qabrielin səfərini "Qabriel əliboş qayıdır" kimi şərh edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR