Şəmkir sakini Gədəbəydə bıçaqlandı

Şəmkir sakini Gədəbəydə bıçaqlandı
19:38 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda Şəmkir rayon sakini bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Sahib Dəmir oğlu Əliyev mübahisə zəminində sol döş qəfəsindən bıçaq zərbəsi alıb və daha sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən əməliyyata götürülən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR