Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olunub

Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olunub
20:17 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Kolumbiya və Azərbaycan xarici işlər nazirlərinin Boqotada baş tutan görüşü zamanı Kolumbiya Respublikasının xarici işlər naziri Mariya Anxela Olgin Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin və Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə ərsəyə gətirdiyi “İyirmi şeir” (Azərbaycan-Kolumbiya şeiri antologiyası) kitabını Elmar Məmmədyarova təqdim edib.
Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, Mariya Anxela Olgin bildirib ki, “Belə bir toplunun işıq üzü görməsi Kolumbiya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə verəcək: "Kitabda Kolumbiya ədəbiyyatı nümunələri dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin, həmçinin müasir Azərbaycan poeziyasının digər qələm sahiblərinin şeirləri ilə yanaşı təqdim olunur. Kitabın təqdimatı iyunun 13-də Bakıda baş tutacaq”.
Elmar Məmmədyarov “İyirmi şeir” kitabı ilə bağlı fikirlərini bölüşüb: “Ərsəyə gəlmiş bu kitab Azərbaycan-Kolumbiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı üçün gözəl nümunə olacaq. Antologiya bizim düzgün istiqamətdə addımladığımızı göstərən vacib elementdir”.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/azerbaycan-kolumbiya-seiri-antologiyasi-kolumbiyada-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR