Azərbaycan məktəbliləri arasında kütləvi DAVA: Xəsarət alanlar var

Azərbaycan məktəbliləri arasında kütləvi DAVA: Xəsarət alanlar var
20:22 5 İyun 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda məktəblilər arasında kütləvi dava düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Veyisli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə baş verib. 

Belə ki, bir qrup məktəbli arasında düşən kütləvi dava zamanı qəsəbə sakini, 2002-ci il təvəllüdlü, Vüqar Adil oğlu Məmmədov başından ağır xəsarət alaraq Göranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxsə həkimlər tərəfindən tibb yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.

Kütləvi dava zamanı daha bir neçə şagirdin xəsarət aldığı bildirilir. Hadisə şahidlərinin veridyi məlumata görə, kütləvi dava zamanı azı 5 nəfər şagird xəsarət alıb. Lakin V.Məmmədov başından aldığı xəsarətlərdən huşunu itirdiyi üçün xəstəxanaya yerləşdirilib. 

Məktəblilər arasında düşən davanın səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/551506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR