"Qorxuruq yaşamağa" - Şamaxıda sürüşmə aktivləşdi - VİDEO - FOTO

"Qorxuruq yaşamağa" - Şamaxıda sürüşmə aktivləşdi - VİDEO - FOTO
20:57 5 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağıntılar nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, kəndin 40% ərazisində sürüşmə aktiv fazadadır.

Rəyyad Bəşirov - Sakin: "Günbəgün ölçü artır. Təzə "remont" elətdirmişik, çatlayıb tökülür. Evdə ailə, uşaq qorxuruq yaşamağa".

20-ə yaxın ailə evini tərk edib, daha 25 ailə isə sürüşmə təhlükəsi altında evində yaşayır. Evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib.

Rəhim Balayev - Sakin: "Partlaq yerlərdən ilan evə girir. Bu evi yağışdan qabaq suvaqlamışdıq, yağışdan sonra yenə partladı".

Kənddə 3 hissədə davam edən sürüşmə evlərlə yanaşı, əkin sahələrini də yararsız vəziyyətə qoyub. Sakinlərin təsərrüfatına xeyli ziyan dəyib.

Həmçinin Bakı- Şamaxı -Yevlax yolunda da sürüşmə səngimək bilmir. Hazırda yolun 106,107 və 109 kilometrliklərində uçqunlar davam edir. Yolun sağ və sol kənarında torpaq qatı sürüşərək hərəkət isqamətinə mane olur. Yoldan gündəlik istifadə edənlər deyir ki, mütəmadi olaraq yollardan torpaq qatı təmizlənsə də bu, problemi həll etmir.

Marif Salahov - Sürücü: "Axır tökülür. Təmizləyirlər, yenə də axır gəlir".

Keçmədin kəndində eni 20-22 metr, hündürlüyü 8-12 metr arasında olan bir sahəni də sel yuyub aparmışdı. Hazırda həmin ərazidə də uçqun davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR