Monteneqro rəsmi olaraq NATO üzvü oldu

Monteneqro rəsmi olaraq NATO üzvü oldu
20:59 5 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Monteneqro rəsmi olaraq NATO-nun 29-cu üzvü olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Vaşinqtonda, ABŞ Dövlət Departamentin binasında xüsusi mərasim keçirilib.

 

Mərasim çərçivəsində Monteneqronun baş naziri Duşko Markoviç ölkəsinin Şimali Atlantika Alyansına qoşulmasına dair protokolu ABŞ dövlət katibinin müavini Tomas Şennona təqdim edib.

 

Mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR