London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb - Xuram və Rəşid

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb - Xuram və Rəşid
21:37 5 İyun 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.

Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.
 
İyunun 3-də   "London-Bric" körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər  insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR