Braziliya mətbuatında Respublika Günü ilə bağlı məqalə dərc edilib

Braziliya mətbuatında Respublika Günü ilə bağlı məqalə dərc edilib
22:07 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Cari ilin 28 may tarixində, Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Azərbaycan səfirliyi tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib.
Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, məqalədə səfir Elxan Poluxov və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və əldə edilmiş uğurlar haqqında məlumat verilərək, Azərbaycan – Braziliya münasibətləri, xüsusi ilə ticarət dövriyyəsi, eləcədə Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxucuların nəzərinə təqdim edilib.
Bundan əlavə, son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusi ilə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, formula bir yarışları haqqında da bəhs edilib.
Məqalə haqqında əlavə məlumat almaq üçün aşağıdakı linkə müraciət etmək olar:
http://embassybrasilia.com.br/site/azerbaijan-in-celebration-this-sunday28/

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/braziliya-metbuatinda-respublika-gunu-ile-bagli-meqale-derc-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR