Avtomobil qadını vuraraq öldürüb

Avtomobil qadını vuraraq öldürüb
22:12 5 İyun 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, 32 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məlumata görə, yolu keçmək istəyən piyada qadın "VAZ 21 015" markalı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/551525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR