Məşhur telekanalın ofisi bağlandı

Məşhur telekanalın ofisi bağlandı
22:18 5 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət nazirliyi Qətərin "Əl-Cəzirə" telekanalının Səudiyyə Ərəbistanındakı ofisinin bağlanması və telekanalın bu ölkədə yayımı ilə bağlı lisenziyanın ləğvi haqqında qərar verib.

Trend-in məlumatına görə, qərar Əl-Cəzirənin terror təşkilatlarının planlarını təşviq etməsi, Yəməndəki Husi silahlılarını dəstəkləməsi, Səudiyyə Ərəbistanının daxili işlərinə qarışması və qarşıdurma yaratması səbəbi ilə əlaqələndirilib.

Telekanldan hələlik bununla bağlı heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR