Dünyanın ən güclü heyvanları - FOTO

Dünyanın ən güclü heyvanları - FOTO
22:47 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Təbiətdə insanlardan başqa hansı canlıların daha güclü, daha sürətli olması hər zaman maraqlıdır. Bir çox heyvanlar var ki, gücləri ilə insanı heyrətləndirir. Milli.Az ailem.az-a istinadən dünyanın ən güclü heyvanları və onların xüsusiyyətləri ilə sizi tanış edir.

Lir quşu
 
Bu heyvanın ən mükəmməl gücü gördüyü hər bir səsi təqlid edə bilməsidir. Onun bu qabiliyyəti o qədər inkişaf edib ki, təkcə quşların və heyvanların səslərini deyil, hətta fotoaparatın, meşədə ağac kəsən elektrik mişarının da səsini qüsursuz şəkildə təqlid edə bilir.

Mantis krevetləri
 
Mantis krevetləri dəniz canlısı kimi tanınır. Boyları 10-30 sm arasındadır. Bu dəniz canlısı kiçik görünməsinə baxmayaraq, 80 km sürətində hücum edərək qurbanları üzərində ilk şokunu yaradır. Əvvəlcə qabıqlarını, daha sonra isə daxili hissələrini parçalayaraq yeyə bilir. Hətta onun qurbanı şokdan belə, ölə bilər. Bu heyvanın addımı o qədər güclüdür ki, akvarium şüşələrini də qıra bilər.

Kisəli sıçan
 
Bu heyvan bildiyiniz siçanlara əsla bənzəmir. Qanındakı xüsusi zülal ilan daxil olmaqla ən güclü zəhərləri belə təsirsiz hala gətirir. Yəni bu heyvanın super gücü qanında olan zəhəridir.

Aksolot
 
Bu sevimli heyvanın maraqlı bir xüsusiyyəti var. Bədənində funksiyasını tamamilə itirən və qopan orqanları təkrar yeniləyib əvvəlki gücünə qovuşa bilmə qabiliyyətinə malikdir. Hətta bu heyvan beyni və ürəyi zədələndikdə belə, öz-özünə bərpa oluna bilir.

Taypan ilanı
 
Taypan ilan növlərindən biridir. Bu ilanın bir dişləməsində olan zəhər 100 insanı, 250 min siçanı öldürə biləcək gücdədir. Bu zəhər zınqırovlu ilandan 10 qat, kobradan 50 qat öldürücüdür. Taypan balta girməmiş meşələrdə yaşayır və insan gördükdə hücum etmir, əksinə, qaçır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR