“Embassy Brasilia” jurnalının saytında “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib

“Embassy Brasilia” jurnalının saytında “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib
22:55 5 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cari ilin 28 may tarixində, Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilən “28 May Respublika Günü” tədbirinə həsr edilən məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilərək, Azərbaycan – Braziliya münasibətləri, xüsusi ilə ticarət dövriyyəsi, eləcədə Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxucuların nəzərinə təqdim edilib.

Bundan əlavə, son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, xüsusi ilə Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, formula bir yarışları haqqında da bəhs edilmişdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR