Orlandoda 5 nəfəri öldürən şəxsin adı açıqlanıb

Orlandoda 5 nəfəri öldürən şəxsin adı açıqlanıb
23:05 5 İyun 2017
30 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Orlando şəhərində 5 nəfəri öldürən şəxs keçmiş hərbçi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Oranc dairəsinin şerifi Cerri Deminqs bildirib.

"Şübhəli şəxsin adı Con Robert Nyumandır. 1972-ci il təvəllüdlü Nyuman ABŞ Silahlı Qüvəlləri Quru Qoşunlarının veteranı olub", deyə C.Deminqs qeyd edib.
 
O, həmçinin ölənlərdən 3-ün adlarını açıqlayıb. Daha iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
 
Qeyd edək ki, bu gün ABŞ-ın Orlando şəhərində (Florida ştatı) "Flamma" şirkətinin ofisində 5 nəfər odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Daha sonra cinayətkar özünü öldürüb. Hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR