Pepe "Real Madrid"dən azad agent kimi Parisə gedir

Pepe "Real Madrid"dən azad agent kimi Parisə gedir
23:27 5 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in müdafiəçisi Pepe karyerasını Fransada davam etdirməyə yaxındır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu PSG ilə 2 illik müqaviləni razılaşdırıb. O, Paris klubuna azad agent kimi gedəcək. Pepenin "Real"la müqaviləsi iyunun 30-da başa çatacaq. Bu informasiya hələlik rəsmi təsdiqini tapmayıb. Onunla "İnter"in də maraqlandığı deyilirdi. "Nerazzurri" təcrübəli müdafiəçiyə illik 5 milyon avro məvacib ödəməyə hazır idi. Onun "Hebei China Fortune" klubundan gələn əlverişli təklifi rədd etməsi barədə də söz-söhbətlər yayılmışdı. Qeyd edək ki, Pepe 2007-ci ildən "Real"ın şərəfini qoruyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR