Cari ilin 28 may tarixində, Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Azərbaycan səfirliyi tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib.
Diplomatik nümayəndəlikdən Publika.az-a verilən məlumata görə, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilərək, Azərbaycan – Braziliya münasibətləri, xüsusi ilə ticarət dövriyyəsi, eləcədə Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxucuların nəzərinə təqdim edilmişdir.
Bundan əlavə, son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusi ilə birinci avropa oyunları, islam həmrəyliyi oyunları, formula bir yarışları haqqında da bəhs edilmişdir.
Məqalə haqqında əlavə məlumat almaq üçün aşağıdakı linkə müraciət etmək olar:
http://embassybrasilia.com.br/site/azerbaijan-in-celebration-this-sunday28/