Əmizdirmə ananı bu XƏRÇƏNG növündən qoruyur

Əmizdirmə ananı bu XƏRÇƏNG növündən qoruyur
23:42 5 İyun 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstraliya alimləri 26 min qadın haqqında tibbi məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, əmizdirmə qadınlarda uşaqlıq xərçənginin riskini xeyli azaldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əmizdirmədən müxtəlif səbəblərə görə imtina edən qadınlarda bu xəstəliyin riski daha çoxdur.

Reuters agentliyinin məlumatına görə, bu xərçəng növünü estrogen hormonu stimullaşdırır. Əmizdirmə zamanı bu hormonun ifrazı azalır ki, nəticədə uşaqlıq xərçənginin riski də azalır.
Bundan əvvəl aparılmış araşdırmalar zamanı aşkar olunub ki, əmizdirmə qadınlarda süd vəzi xərçənginin riskini azaldır.
Beləliklə, uşağa ən vacib neymət olan ana südü verən ana həm uşağı, həm də özünü bir çox xəstəliklərdən qoruyur.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/551323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR