Yumurtanı soyuducunun qapısında saxlamayın!

Yumurtanı soyuducunun qapısında saxlamayın!
23:52 5 İyun 2017
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qadınların əksəriyyəti  yumurtanı soyuducunun qapısında bunun üçün nəzərdə tutulmuş hissədə saxlayır.

Lakin mütəxəssislərin fikrinə görə, bu yer yumurta saxlamaq üçün ən pis yerdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, İngiltərə alimləri bununla bağlı xüsusi araşdırma aparıblar.

Soyuducunun qapısı ən isti yerdir. Bundan əlavə qapı tez-tez açılır ki, bu zaman temperatur da tez-tez dəyişilir. Bütün bunlar yumurtanın daha tez xarab olmasına səbəb olur.
Bundan əlavə soyuducunun qapısının açılması zamanı yumurta daim silkələnir ki, bu da onun keyfiyətinə və dadına mənfi təsir edir.
Mütəxəssislər yumurtanı soyuducunun orta rəfində, kəskin iyi olan məhsullardan uzaqda saxlamağı tövsiyə edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR