Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı baş tutub.
Metbuat.az bildirir ki, bu barədə rəsmi Kreml məlumat yayıb. Məlumatda deyilir: "Prezidentlər Fars körfəzində sülhün bərqərar olması üçün bütün tərəfləri dialoqa çağırırlar".
Telefon danışığı zamanı həmçinin Yaxın şərqdə yaranan böhranlı vəziyyətin həlli yolları müzakirə edilib.