Xırdalanda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb

Abşeron rayonunda azyaşlı uşaq çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospektindəki “Absheron city” yaşayış kompleksində baş verib. Yaşayış kompleksindəki mənzillərdən birinə qonaq gələn ailə 5 yaşlı Əsədova Məryəm Vüsal qızını nəzarətsiz buraxıb. 1-ci mərtəbədə yerləşən mənzildən çıxan azyaşlı bunanın 7-ci mərtəbəsinə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb. Məryəm Əsədova hadisə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR