Feysbukdan bu paylaşımlarla bağlı sərt qərar

Feysbukdan bu paylaşımlarla bağlı sərt qərar
01:23 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Feysbuk terrorizmlə aktiv mübarizə qərarı verib.

Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə rəsmiləri yazılı bəyanat yayıb.

Bəyanatda terror məzmunlu paylaşımları təsbit etdikləri halda sərt tədbir görüləcəyi bildirilib. Bu cür məlumatlar paylaşılan kimi feysbuk rəsmiləri məlumatlandırılacaq. Lazımı addımlar atılacaq.

Terrorizmlə sərt mübarizə qərarı Londonda terror hücumundan sonra İngiltərə baş naziri Teresa Meyin çıxışı əsasında verilib. Belə ki, baş nazir ötən gün çıxışında bu məsələyə birbaşa fikir bildirmişdi. O, internet və sosial medianın bu məsələdə daha qatı olması çağırışını edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/201470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR