""Real"ı Qvardiola dövründəki "Barselona" ilə müqayisə etmək olmaz"

""Real"ı Qvardiola dövründəki "Barselona" ilə müqayisə etmək olmaz"
04:05 6 İyun 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Everton"un baş məşqçisi Ronaldo Kuman "Real"ın Çempionlar Liqasında 12-ci qələbəsindən sonra fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəssis bunları deyib:

"Real" layiqli şəkildə Çempionlar Liqasının qalibi oldu. Onlar turnirdə ən yaxşı komanda idi. Amma bu "Real"ı Qvardiola dövründəki "Barselona" ilə müqayisə etmək olmaz. Katalonların gözəl heyəti vardı. Onlar "Real"dan daha yaxşıydılar".

Qvardiola 2008-12-ci illəedə "Barselona"nın sükanı arxasında olub. Onun rəhəbrliyi ilə katalon klubu bütün mümkün titullara sahib çıxıb. 2009-cu ildə "Barselona" klub səviyyəsində bütün titulları qazanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR