Cocuq Mərcanlıda 1105 qəlpə tapıldı

Cocuq Mərcanlıda 1105 qəlpə tapıldı
07:48 6 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən iyunun 5-də Cocuq Mərcanlı kəndi ərazisində 1105 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib.

ANAMA-dan Publika.az-a bildiriblər ki, 24 142 kvadratmetr ərazi tam təmizlənib, 17 100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir və bu ilin iyun ayının sonuna kimi tamamlanması planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/201478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR