UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolunu seçib

UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolunu seçib
07:52 6 İyun 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ UEFA-nın sıralarında Deyan Stankoviç, Aleks Ferqyüson və İoann Lupesku kimi mütəxəssilərin də yer aldığı texniki müşahidəçilər komandası Çempionlar Liqasında 2016/17-ci illər mövsümünün ən yaxşı 10 qolunu seçib.
"Report" xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Reytinqdə birinci yerə "Yuventus"un xorvat hücumçusu Mario Mancukiçin finalda "Real"ın qapısına aşırma zərbə ilə vurduğu qol layiq görülüb.
10 ən yaxşı qolun tam siyahısı:
1. Mario Mancukiç ( "Yuventus" - "Real"),
2. Karlos Kazemiro ( "Real" - "Napoli"),
3. Tomas Deleyni ( "Kopenhagen" - "Brügge"),
4. Aryen Robben ( "Bavariya" - "Arsenal"),
5. Qonsalo İquain ( "Monako" - "Yuventus"),
6. Məsut Ozil ( "Ludoqorets" - "Arsenal"),
7. Qrizmann ( "Atletiko" - "Rostov"),
8. Dani Alveş ( "Yuventus" - "Monako"),
9. Kriştianu Ronaldu ( "Real" - "Sportinq"),
10. Aleksis Sançes ( "Arsenal" - "Ludoqorets").


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-cempionlar-liqasinda-movsumun-en-yaxsi-10-qolunu-secib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR