Çində zoopark əməkdaşları pələngləri diri uzunqulaqla qidalandırıblar

Çində zoopark əməkdaşları pələngləri diri uzunqulaqla qidalandırıblar
08:17 6 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Çin zooparklarından birinin nəzarətçiləri üç pələngi diri uzunqulaqla qidalandırıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Nəşr qeyd edir ki, insident, təqribi olaraq Çançjou şəhərində baş verib.
Kadrlardan bir neçə zoopark əməkdaşının hürkmüş uzunqulağı necə diri-diri pələnglərin olduğu nohura atdığı, bir neçə dəqiqədən sonra isə yırtıcılardan birinin heyvana hücum etdiyi aydın görünür.
"Daily Mail" qeyd edir ki, yırtıcılar öz şikarlarını saat yarım ərzində yeyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-zoopark-emekdaslari-pelengleri-diri-uzunqulaqla-qidalandiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR