Robotlar insanları nə vaxt əvəz edəcək?

Robotlar insanları nə vaxt əvəz edəcək?
08:37 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yaxın zamanlarda robotlar sürücüləri, yazıçıları və cərrahları əvəz edə biləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İnstitutu və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsinin araşdırmaçıları bildiriblər.

Alimlər süni intellektin insan şüurunu üstələyəcəyi vaxtı da qiymətləndiriblər. Mütəxəssislər təxmin edirlər ki, 2014-cü ilə qədər dillərin tərcüməsində robotlar üstünlük əldə edəcəklər. Yük maşını sürücülərini süni intellekt 2027-ci ildə əvəz edəcək. Yazıçı peşəsi isə süni intellektə 2049-cu ildə əlçatan olacaq. Cərrahlara olan ehtiyac isə tam olaraq 2053-cü ildə itəcək.

Tədqiqatın müəllifləri iddia edir ki, süni intellektin 50 faizi 45 ildən sonra insanı əvəz edəcək. Bu təhlili aparmaq üçün alimlər qlobal səviyyədə süni intellekt sahəsində ixtisaslaşmış dünya səviyyəli 350 mütəxəssis arasında sorğu aparıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR