“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı

“Toyota” “Tesla” ilə əməkdaşlığı dayandırdı
08:52 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Toyota" şirkəti ABŞ-ın "Tesla" şirkətində sahib olduğu bütün səhmləri satıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Toyota" satdığı səhmlərdən 50 milyon dollar gəlir əldə edib.
 
Qeyd edək ki, şirkətlər arasında əməkdaşlıq 2010-cu ildə başlayıb. Yaponlar "Tesla"nın səhmlərinin 3,15%-ni 40,5 milyon dollara satın alıb. O zamandan bəri "Toyota" "Tesla" batareyaları ilə çalışan idman avtomobilləri buraxıb.
 
"Bizim "Tesla" ilə tərəfdaşlığımız sona çatdı, çünki artıq hər hansı yeniliklər yoxdur və biz qərara gəldik ki, əlimizdəki payı sataq", - deyə "Toyota"dan bildirilib.  
 
Xatırladaq ki, "Tesla" elektromobillərin istehsalı sahəsində ixtisaslaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR