Ləğv olunmuş dövlət qurumu kreditor və debitorlarına müraciət etdi

Ləğv olunmuş dövlət qurumu kreditor və debitorlarına müraciət etdi
09:17 6 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti debitor və kreditorlara müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbidlər haqqında" Azərbaycan prezientinin 10 fevral 2017-ci il tarixli fərmanının 5-ci bəndinə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ləğv edilib.

Ləğv olunan qurum tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar 6 iyun 2017-ci il tarixdən 15 gün müddətinə Dövlət Xidmətinin Ləğvetmə Komissiyasına müraciət edə bilərlər. Ləğvetmə Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küç. 124 ünvanında yerləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR