İNANILMAZ: 9 aylıq uşaq sancaq uddu

İNANILMAZ: 9 aylıq uşaq sancaq uddu
09:18 6 İyun 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Tekirdağ bölgəsində inanılmaz hadisə baş verib.

Publika.az xəbər verir ki, yerli sakinlərdən Y.Ayşe 9 aylıq körpə oğlunun üzərinə sancağa keçirilmiş gözmuncuğu taxıb.

Bir neçə saatdan sonra iynənin yox olduğunu görən ana təlaşlanıb. Göz muncuğunu yerdə tapan qadın uşağı dərhal xəstəxanaya aparıb.

Xəstəxanada rentgen çəkilən zaman sancağın uşağın mədəsində olduğu məlum olub. .

Həkimlər 9 aylıq Ayazın mədəsindəki sancağı əməliyyat vasitəsilə çıxaracaqlarını bildirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR