Xırdalanda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb öldü

Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən hündürmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.

Hadisə "Absheron City" yaşayış kompleksinin ərazisində baş verib. Ərazidəki binalardan birinin birinci mərtəbəsinə qonaq gələn ailənin 5 yaşlı uşağı - Əsədova Məryəm Vüsal qızı nəzarətsiz qalaraq 7-ci mərtəbəyə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. //Report.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR